UX/UI dizayn

Əsas səhifə

Biz interfeysi intuitiv şəkildə başa düşülən və vizual cəhətdən rahat olan tətbiqlər və saytlar yaradırıq. 

UX (user experience) CRM sistemlərin (müştərilərlə qarşılıqlı əlaqələrin idarə edilməsi sistemi) və müxtəlif daşbordların yaradılmasında çox vacibdir. Yəni, UX konsepsiyası aşağıda qeyd olunan aspektlərdə mühüm rol oynayır:

  • İnterfeys funksionallığı
  • Veb-səhifə üzrə naviqasiya
  • Axtarışın tənzimlənməsi
  • Düymələrin funksionallığı

UI (user interface) isə daha çox interfeysin görünüşündə rol oynayır. Məhz UI-dizayner aşağıdakıların seçimi ilə məşğul olur:

  • Düzgün rəng
  • İkonlar və şriftlər
  • Animasiyalar və təsvirlər

Bizim UX və UI-dizaynerlərimiz saytınızın dizaynının yaradılması zamanı bütün müasir qrafik və vizual trendləri nəzərə alaraq, hədəf auditoriyanız üçün saytdan rahat istifadəni təmin edəcəklər. Xidmətlərimiz haqqında daha ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlayın.