SSL-sertifikasiya

Əsas səhifə

GTSolutions GlobalSign şirkəti tərəfində hazırlanan SSL rəqəmsal sertifikatlarının rəsmi saytda qeyd olunan qiymətdən nəzərəçarpacaq dərəcədə aşağı olan tərəfdaşlıq qiyməti ilə satışını və quraşdırılmasını həyata keçirir. 

GlobalSign, təhlükəsiz ticarətə, kommunikasiyaya, məzmunun çatdırılmasına və sairə kimi müəssisələr üçün PKI bulud həllərini təmin edən şirkətdir. GlobalSign eyniləşdirmə və təhlükəsizlik həlləri şirkətlərə, böyük müəssisələrə, bulud xidməti təchizatçılarına bütün dünyada təhlükəsiz onlayn kommunikasiyaları həyata keçirməyə, autentifikasiyanı və şifrələməni avtomatlaşdırmağa imkan verir. 

Bazarda 15 ildən artıq təcrübəsi olan GlobalSign şirkəti SSL sertifikatlarının geniş çeşidini təklif edən ilk SSL provayderidir. Bu şirkətdən olan sertifikatlar müasir SSL təsnifatına tamamilə uyğundur:

  • DV SSL sertifikat — domenin təsdiq olunması
  • OV SSL sertifikat — təşkilatın təsdiq olunması
  • EV SSL sertifikat — geniş təsdiq
  • WildCard SSL sertifikat — domenlərin və alt domenlərin təsdiq olunması
  • SAN SSL sertifikat —  siyahı üzrə domenlərin təsdiq olunması

GlobalSign SSL sertifikatları yüksək müdafiə səbiyyəsindən başqa, həmçinin veb-səhifələrin yüklənməsinin yüksək sürətini təmin edir.

Siz də işinizdə təhlükəsizliyi təmin etmək istəyirsiniz? GlobalSign beynəlxalq şirkəti tərəfindən hazırlanmış sertifikatlar saytlarınız üçün müvafiq müdafiə səviyyəsini təmin edəcəkdir. Bizə yazın və biz Sizə mütləq köməklik edəcəyik!