Hiperkonvergensiya

Əsas səhifə

Bu gün informasiya texnologiyaları sahəsində aktual istiqamətlərdən biri hiperkonvergensiyadır. Hiperkonvergensiya sistemi proqram texnologiyalarının köməkliyi ilə xəzinələrin, hesablama güclərinin, serverlərin və şəbəkələrin birləşdirildiyi infrastrukturdur.

Bu infrastrukturun lazımi qaydada işləməsi üçün xüsusi proqram təminatı məsuliyyət daşıyır. Bu proqram birləşdirilmiş serverləri universal panel vasitəsilə idarə olunan vahid sistemə çevirir. Sistemi genişləndirmək üçün yeni modulların lazımi sayını əlavə etmək kifayyətdir.

Hiperkonvergent infrastrukturun inkişafının əsas üstünlükləri bunlardır:

  • Sistem administratorları üçün sistemin daha rahat istifadə şəraitinin yaradılması
  • İT departamentlərinin menecerləri üçün İT infrastrukturunun asan təkmilləşdirilməsi
  • Tədarükçülər üçün satınalmalar və zəmanətin verilməsi üzrə monoton iş həcminin azaldılması

Aşağıda hyperconvergent sistemlərinin əsas üstünlüklər siyahısını təqdim edirik: 

  • Performans səviyyəsinin artması. Bu texnologiyada istifadə olunan fleş-toplayıcılar iş prosesinin ləngimə səviyyəsini minimuma endirirlər. 
  • Sistem birliyi. Bütün lazımi komponentlər bir infrastrukturda mövcud olduğuna görə, əlavə komponentlərin quraşdırılmasına ehtiyac qalmır. 
  • Asan istifadə. Sistem standart komponentlərdən ibarətdir və onun idarə olunması üçün əlavə işçi heyəti tələb olunmur. 

GTSolutions mütəxəssisləri Nutanix və VMware kimi şirkətlər tərəfindən hazırlanmış hiperkonverensiya sistemlərindən istifadə edirlər.

Siz də hiperkonvergent infrastruktur həllərinin köməkliyi ilə biznesinizin imkanlarını genişləndirmək arzusundasınız? Bizimlə əlaqə saxlayın, və biz bütün suallarınıza cavab verəcəyik.