TLS Logistics üçün logistikanın idarə edilməsi sistemi

Bütün layihələr

Bu sistemin köməkliyi ilə logistika şirkətləri nəinki yükdaşımaların proseslərini avtomatlaşdıra biləcəklər, həmçinin aşağıda qeyd olunan imkanları əldə edəcəklər:

  • Sənəd dövriyyəsinin optimallaşdırılması
  • İş keyfiyyətinin yaxşılaşdırılması
  • Daşımaların ətraflı monitorinqi
  • Sənədləşdirmə üzrə iş vaxtının azaldılması
  • Təchizat zəncirinin daha səmərəli idarə edilməsi
  • Şəffaf nəzarət sisteminin yaradılması

TLS Logistics platforması müştərinin real tələbləri və logistika şirkətlərinin əsas iş prinsipləri əsasında hazırlanmışdır.

Trekinq sistemi loqistlərin, dispetçerlərin, eləcə də şirkətin digər işçilərinin iş prosesini asanlaşdıran geniş imkanlar və alətlər toplusundan ibarətdir. Ekspeditorlar və nəqliyyat-logistika şirkətləri üçün tərtib etdiyimiz bulud CRM sistemi bir sıra üstünlüklər təklif edir:

  • Müvafiq bölmələrə daşıma haqqında bütün zəruri məlumatların daxil edilməsi
  • Daşıma statuslarına nəzarət
  • Sənədlər üzrə işlərin həyata keçirilməsi
  • Bütün məlumatların vahid bazada saxlanılması
  • Bölmələr arasında qarşılıqlı işin təşkil olunması
  • Daşınmalar üzrə Excel formatında hesabatların yaradılması

Logistika şirkətləri üçün hazırladığımız proqram istənilən nəqliyyat və yığma yüklərlə işləmək üçün yararlıdır:

  • Aviadaşımalar
  • Multimodal daşımalar
  • Dəniz daşımaları
  • Dəmiryolu daşımaları
  • Avtomobil daşımaları

Bu bulud həllini tətbiq etməklə, logistika şirkətlərinin rəhbərliyi həm kompüterlərdən, həm də mobil cihazlardan real vaxt rejimində sorğular üzərində bütün işlərə nəzarət edə biləcəklər.

Nəqliyyat logistikası proqramı haqqında tanıtım video-çarx