NWLogistics üçün xüsusi nəqliyyat logistikası proqramı

Bütün layihələr

GTSolutions tərəfindən hazırlanan logistika proqramı daşınmanın bütün mərhələlərinə (ərizə, müştərilər, ödəniş, nəqliyyat, karqo, sənədlər və s.) nəzarət etmək üçün nəzərdə tutulmuş xüsusi platformadır.

Bu bulud həlli xüsusi olaraq kompüter və istifadəçi arasında asan qarşılıqlı əlaqəni təmin etmək, həmçinin müvafiq müəssisələrdə işin təşkilini təkmilləşdirmək məqsədi ilə logistika və nəqliyyat şirkətləri üçün yaradılmışdır. Bu inkişafın təklif etdiyi geniş imkanlar hesabına nəqliyyat logistikasının idarə olunmasında səmərəliliyi artırmaq mümkündür.

GTSolutions komandası tərəfindən hazırlanmış trekinq sistemi aşağıdakı xüsusiyyətlərə və imkanlara malikdir:

  • Gündəlik hesabatın yaradılması
  • Layihə statusunun izlənilməsi
  • Sifarişlərə aid bütün faylların və sənədlərin ayrı-ayrılıqda saxlanılması
  • Hər bir sifarişə dair qeydlərin əlavə olunması
  • Ödəniş haqqında ətraflı məlumatın daxil edilməsi (ödəniş növü, alış qiyməti, endirimlər, agent məlumatları və s.)

Əsas səhifədə istənilən mətn və yaxud məlumat yerləşdirmək, həmçinin yerinə yetirilmiş işin hesabatlığını cədvəl və qrafiklər şəklində izləmək mümkündür. Həmin bölmədə əməliyyatların monitorinqi üçün müxtəlif növ daşbordlar, rəhbərlik üçün analitik panellər və istifadəçilərin işini asanlaşdıracaq lazımi hesabatlar yerləşdirilə bilər.

"Jobs" bölməsində istifadəçi həmçinin yükün vəziyyətini, çəkisini, yüklənmə tarixini, nəqliyyat nömrəsini, sürücünün əlaqə nömrəsini göstərməklə, sistemə yük haqqında ətraflı məlumat daxil edə bilər.

Bu və ya digər layihə haqqında hər hansı bir məlumat tapmaq üçün, axtarış sətrindən istifadə etmək olar.

İnkişafımızdakı bütün cədvəllər çeşidləmə funksiyası ilə təchiz olunmuşdur. Yəni, istənilən sütuna bir klik ilə hər bir istifadəçi bu və ya digər bəndə aid olan məlumatları lazımi ardıcıllıqla sıralaya bilər.

"History" bölməsində hər bir daşınmaya dair əlavə qeydlər etmək mümkündür. Bu bölmənin əsas xüsusiyyəti – əlavə edilmiş "history"nin silinməsinin və ya dəyişdirilməsinin mümkün olmamasıdır. Hər hansı bir qeyd əlavə edildikdə, ekranda həmişə onun sistemə daxil olunması tarixi və istifadəçi adı göstərilir.

Bütün bunlarla yanaşı, sistemdə arxivləşdirmə funksiyası da mövcuddur. Yəni, sənədlərin layihəyə əlavə olunması ərizənin arxivləşdirilməsi funksiyasını aktivləşdiridir. Qeyd olunan faylların olmaması halda arxivləşdirmə mümkün olmayacaq.

Əgər həyata keçirilmiş işə dair hesabat yaratmaq üçün yığılmış layihələrin monitorinqini aparmaq istəyirsinizsə, "generate report" düyməsini basmaq kifayətdir. Düyməyə basdıqdan sonra siz Excel formatında hesabat əldə edəcəksiniz. Excel cədvəldə sistemə daxil edilən layihələr haqqında bütün məlumatlar göstərilir.

Müştərilərinizin siyahısına baxmaq üçün "Clients" bölməsinə keçmək lazımdır. "General information" bölməsində "client" sətrini doldurarkən bu siyahı avtomatik olaraq sizə göstəriləcək.

Ekranın yuxarı sağ tərəfindəki "My profile" düyməsini basaraq siz həmişə profilinizin parametrlərini dəyişə bilərsiniz.

Əlavə olaraq qeyd etmək vacibdir, bu tətbiq tamamilə müştərinin istəklərinə uyğun olaraq quraşdırılır. Yəni, cədvəllərdəki sahələrin sayı və ya sütunların prioritetliyi kimi xüsusiyyətlər yalnız sifarişçinin istək və tələblərindən asılıdır.

Logistika və nəqliyyat şirkətləri üçün nəzərdə tutulan bu CRM-sistemin köməkliyi ilə şirkət öz işçilərinə rahat iş şəraiti yarada, iş vaxtına qənaət edə və iş prosesinin şəffaflığını təmin edə bilər.

Nəqliyyat logistikası proqramı haqqında tanıtım video-çarx