Banklararası kart mərkəzi

Bütün layihələr

Bu layihə çərçivəsində aşağıdakı funksiyalar və imkanlar təqdim olunub:

  • Ölkədaxili emissiya olunan ödəniş kartları ilə aparılan pul əməliyyatlarının emalı və izlənməsi
  • Lokal kart əməliyyatlarının təhlükəsizlik səviyyəsinin artırılması
  • Lokal kart ödənişləri sisteminin iştirakçıları arasında məlumat mübadiləsinin daha səmərəli formasının tətbiqi

Tietoevry Card Suite əsasında qurulan elektron ödənişlərin svitçinq və klirinq sistemi avtorizasiya əməliyyatlarının asanlaşdırılması, kart əməliyyatlarının emalı, klirinq və banklararası hesablaşmalar, ödəniş kartları üzrə disput əməliyyatları üçün yaradılmışdır. Bu platforma AMB-yə qarşılıqlı fəaliyyətin yeni üsullarını tətbiq etməyə və ödəniş əməliyyatlarının iştirakçıları üçün məlumatların emalını təmin etməyə imkan verir. Qeyd etdiyimiz layihənin tətbiqi ödəniş sisteminin istifadəçiləri üçün müxtəlif interaktiv xidmətlərin həyata keçirilməsinə şərait yaradır. Bu proses banklararası nizamlanmanın yeni sxemləri vasitəsilə həyata keçirilir. Bütün bunlar məlumatların emalı və mübadiləsi zamanı səmərəliliyin artırılmasına kömək edir.

Lokal kart əməliyyatlarının svitçinq-klirinq sistemi öz etibarlılığı, məhsuldarlığı və aşağı risk səviyyəsi ilə tanınır. Həmçinin bu metodologiyanın fərqləndirici xüsusiyyətlərindən biri də günün hər saatında xidmət göstərməsidir. Bütün proseslər ultramüasir, yüksək performanslı, ciddi tənzimlənən və tam mühafizə olunan infrastrukturda, The Payment Application Data Security Standard (PA-DSS) və Payment Card Industry Data Security Standard (PCI DSS) tələblərinə uyğun olaraq həyata keçirilir. Svitçinq-klirinq həlli ən son texnologiyalardan istifadə etməklə nağdsız kart ödənişlərinin emalı ilə məşğul olur.

Nəticə: Bu layihə lokal kart əməliyyatlarının təhlükəsizliyinin səviyyəsinin artırılması və optimallaşdırılması üçün işlənib hazırlanıb, və nəticədə sistemin bütün iştirakçılarına geniş spektrli ödəniş xidmətləri təklif olunub.