Maliyyə savadlılığı portalı

Bütün layihələr

Bu layihə çərçivəsində "Bizimpullar" portalı aşağıdakı materiallara və bölmələrə giriş imkanı verir:

  • Maliyyə sahəsində son xəbərlər
  • "Pul emissiyası", "Pul siyasəti", "Ödəniş sistemi", "Valyuta ehtiyatlarının idarə edilməsi", "İnflyasiya" və s. mövzularda mühazirələr
  • Məktəbyaşlı uşaqlar üçün məlumat
  • "Maliyyə xidmətləri" mövzusuna aid olan video dərslər
  • Milli valyuta ilə bağlı idrak videomateriallar
  • İnkişaf etdirən oyunlar ilə bölmə

Bu portal GTS şirkəti tərəfindən ölkə daxilində maliyyə təhsilini artırmaq üçün hazırlanmışdır. Bu, saytda yerləşdirilən tədris materialları, çoxsaylı animasiyalar, əyləncəli mühazirələr, müxtəlif oyunlar və tematik lüğətlər vasitəsilə əldə edilir. Maliyyə savadlılığı layihəsinin xidmətlərindən yalnız böyüklər deyil, həm də məktəbəqədər və məktəbyaşlı uşaqlar da istifadə edə bilərlər.

Son illər maliyyə savadlılığının artırılması prosesi iri bankların, dövlət müəssisələrinin və bir çox digər təşkilatların diqqətini cəlb etmişdir. Üzərində işlədiyimiz tədris layihəsi maliyyə konsepsiyalarının praktiki biliklərinə malik olmayan istehlakçıların savadlılıq səviyyəsinin artırılması məqsədini daşayır. İstənilən nəticəyə malik olmaq üçün təhsil almaq istəyənlərin hamısını lazımı materiallarla təmin etmək lazımdır. "Bizimpullar" portalı bu cür təlim məlumatlarının verilməsi üçün çalışır.

Maliyyə savadlılığının olmaması hər hansı bir şəxsin pul kapitalının gündəlik idarə edilməsinə və maliyyə qənaəti qabiliyyətinə təsir göstərə bilər. Kapitalın səmərəsiz xərci də ciddi pul böhranına səbəb ola bilər. Bütün bu proseslər istehlakçıların öz maliyyələrini düzgün idarə etmək bacarıqlarının olmamasının nəticəsidir. Müzakirə edilən sahədə hər hansı biliyə malik istehlakçılar isə maliyyə bazarının səmərəli inkişafına köməklik göstərirlər.

Son on il ərzində texniki tərəqqi marketinq, maliyyə xidmətlərinin göstərilməsi və emalının, demək olar ki, bütün aspektlərini dəyişdi. İnternetin yalnız kommunikasiya vasitəsi kimi deyil, həm də xidmətlərin təmin edilməsi üsulu kimi geniş yayılması öz məhsullarını satmaq və müştərilərə daha səmərəli xidmət etmək üçün maliyyə xidmətləri göstərənlərə şərait yaratmışdır. Rabitə və çatdırılma sahəsindəki yeniliklər istehlakçılara mövcud olan məlumatların həcmini artırır və coğrafi məhdudiyyətlər olmadan alış-veriş etməyə imkan verir. Lakin yeniliklərdən səmərə əldə etmək üçün istehlakçılara maliyyə sahəsində baza səviyyəsində bilik lazımdır.

Nəticə: GTS şirkəti Azərbaycan Respublikası vətəndaşlarının maliyyə savadlılığının artırılmasına şərait yaradan "Bizimpullar" informasiya portalı hazırlamışdır.