Azərbaycan Respublikasının Mərkəzi Bankının internet səhifəsi

Bütün layihələr

Mərkəzi Bankın veb-saytı aşağıdaki bölmələr və məlumatlar ilə təmin olunub:

  • bank sahəsində son inkişaflar haqqında məlumat
  • bazar iştiraşçıları haqqında məlumat
  • hüquqi aktlar
  • pul siyasəti haqqında məlumat
  • müxtəlif ödəniş sistemləri haqqında məlumat
  • milli pul nişanlarına aid materiallar
  • statistika haqqında məlumatlar

Hazırda Azərbaycan Mərkəzi Bankında "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanunundan irəli gələn məqsəd və funksiyaların dəstəklənməsi üçün bir sıra informasiya resursları fəaliyyət göstərir. İnformasiya resurslarının yaradılması dövrün tələblərinə uyğun həyata keçirilib. Bu da istifadəçilər tərəfindən mənbələrin müstəqil istismarını təmin edib. Hər bir informasiya sistemi müvafiq texnologiyalar, məlumat bazası və proqram təminatı ilə təchiz edilmişdir. Hazırda bu informasiya sistemlərinə daxil olmaq üçün müxtəlif kommersiya bankları, çoxsaylı qeyri-bank kredit təşkilatları və kredit ittifaqları müxtəlif URL-lərə çıxış əldə edir və müvafiq informasiya resurslarından Azərbaycan Mərkəzi Bankının elektron imzası vasitəsilə istifadə edirlər.

Artan biznes tələblərinin və məqsədlərinin təmin edilməsi məqsədi ilə AMB həm bankın tərəfdaşlarına, həm də ictimaiyyətə xidmətlərin göstərilməsi prosesini asanlaşdıran prinsipial vahid informasiya sistemi yaratmaq qərarına gəlib.

Nəticə: Göstərilən texnoloji imkanların yaradılması istifadəçilərə müvafiq səlahiyyətlər daxilində daha rahat və funksional informasiya resursuna çıxış əldə etməyə imkan vermişdir. Birləşdirilmiş informasiya sistemləri kredit təşkilatlarının və ictimaiyyətin vahid məlumat bazasında ərizə və təkliflərini toplamağa, eləcə də onların emal edilməsinə kömək edirlər.