Menecment informasiya sistemi

Bütün layihələr

MİS - aparat və proqram təminatından ibarət olan kompüter sistemlərinin, həmçinin effektiv idarəetmə qərarlarının qəbul edilməsi üçün birlikdə şərait yaradan insan resurslarının məcmusudur. İlk öncə İnformasiya idarəetmə sistemi Azərbaycan Mərkəzi Bankının müxtəlif şöbələrinin fəaliyyətinə nəzarəti asanlaşdırmaq məqsədilə yaradılmışdır. Layihənin əsas məqsədi bank və qeyri-bank təşkilatlarında aparılan əməliyyatlar haqqında məlumatların izlənilməsi və təhlil edilməsi olub.

Hal-hazırda bu inkişaf əsasən ERP sistemi (Enterprise resource planning) kimi fəaliyyət göstərir və aşağıdakı modullara malikdir:

  • İnformasiya idarəetmə sistemi
  • İcazə sistemi
  • Görüşlər üçün otaq rezervasiyası sistemi
  • Nəqliyyat vasitələrinin idarəetmə sistemi
  • Buraxılış və xəbərdarlıq sistemi
  • Əməliyyat və layihələrin idarə edilməsi sistemi
  • Elektron audit sistemi
  • Anbarların idarə edilməsi sistemi
  • Müqavilələrin idarə edilməsi sistemi
  • Kitabxana sistemi
  • Katiblik sistemi
  • İntranet sistemi
  • Özünəxidmət modulu
  • HR sistemi və sairə

Nəticə: Layihənin yaradılması işi başa çatdıqdan sonra məlumatların qəbul edilməsi, idarə edilməsi, təhlili və vizuallaşdırılması üçün tətbiq olunan informasiya sistemi yaradılmışdır. Bundan əlavə, bu platforma təşkilatların işçi heyəti və müxtəlif texnologiyaları üzərində nəzarəti təmin edir.