Loyallıq kartları üçün idarəetmə sistemi

Bütün layihələr

Loyallıq sistemi — restoranlar, otellər, fitnes-mərkəzlər və s. kimi obyektlər tərəfindən mövcud müştərilərinə təkrar satışları artırmaq üçün xüsusi marketinq proqramıdır. Bu sistem yuxarıda qeyd olunan müəssisələrin xidmətlərindən istifadə etdiyi və bunun əsasında bonus xalları aldığı müddətdə müştəri endirimlərinin artırılmasını təmin edir.

GTS şirkəti tərəfindən hazırlanmış loyallıq kartlarının idarə edilməsi sistemi aşağıdakı xüsusiyyətlərə və imkanlara malikdir:

  • Sistem idarəetmə portalı
  • Obyekt işçiləri üçün portal
  • Kommersiya obyektinin müştəriləri üçün portal
  • İctimai veb-saytın hazırlanması
  • Kommersiya obyektinin idarəetmə şöbələri ilə inteqrasiya sisteminin tətbiqi
  • Daimi müştərilərin izləmə sistemi

Bu sistem aşağıdakı prinsiplə işləyir:

  • Müştəri bonus kartını əldə etdikdən sonra, bu layihəyə qoşulmuş müəssisələrin bütün xidmətlərinə müəyyən endirim əldə edir;
  • Müəyyən edilmiş qaydalar əsasında müştəri kartdan istifadə etdikcə bonuslar toplayır;
  • Yığılmış bonuslar endirimlər üçün faizlərə köçürülür. 

Nəticə: Bu proqram müştərilərin davranışlarını izləmək üçün şərait yaradır. Quraşdırılmış baza bütün anket və əlaqə məlumatlarını, eləcə də alış-veriş tarixini yadda saxlayır. Tətbiq olunan sistemin köməyi ilə alış-veriş haqqında məlumatların araşdırılmasında müştərinin ən çox maraq göstərdiyi mal və xidmətləri müəyyən etmək olar. Müəyyən edilmiş qaydalar əsasında sistem menecerin müvafiq müştəri siyahısına daxil etdiyi daimi istifadəçiləri müəyyən edir.