Elektron ipoteka sistemi

Bütün layihələr

Yaradılması prosesində GTSolutions şirkəti də iştirak edən, Elektron ipoteka sistemi bank təşkilatlarının, Azərbaycan İpoteka Fondunun, sığorta müəssisələrinin və qiymətləndirmə şirkətlərinin vahid mərkəzləşdirilmiş qaydada işləməsi üçün şərait yaradır.

Bu platforma aşağıdakı xüsusiyyətlərə və funksiyalara malikdir:

  • Sənədlər axınının avtomatlaşdırılması
  • Proses iştirakçıları arasında daimi qarşılıqlı əlaqənin təmin edilməsi
  • İpoteka alıcıları üçün zəruri məlumatın təmini
  • Fondun mühasibat uçotu sistemi ilə inteqrasiya üçün veb-xidmət
  • Borcalanların müraciətlərini izləyən fondun əməkdaşları üçün portal
  • Borcalanlarla qarşılıqlı fəaliyyət göstərən kredit təşkilatları üçün portal

Sistem sənəd dövriyyəsini avtomatlaşdırır, ipoteka kreditləşməsi bazarının bütün iştirakçıları arasında daimi əlaqə yaradır. EMS layihəsi mühasibat uçotu sistemi ilə xüsusi veb-portallar vasitəsilə inteqrasiya olunmuşdur.

Portal müştəriləri ödənişlər və kredit borcları ilə bağlı əsas zəruri məlumatlarla təmin edir, həmçinin İpoteka Fonduna əmanətin verilməsi üçün lazım olan məlumatları əldə etməyə imkan verir. Portal kredit almaq üçün müştərilərin müraciəti prosesini avtomatlaşdırır. Bu sistem həmçinin banklar, sığorta və qiymətləndirmə şirkətləri tərəfindən məlumatların yoxlanılması və işlənməsi üçün istifadə olunur.