Pul nişanlarının ekspertizası mərkəzi

Bütün layihələr

GTS tərəfindən hazırlanan proqram təminatı nağd pulun yoxlanılması üçün əskinasların yeni nəsilinə dair bütün əsas tələbləri nəzərə alır. Pul nişanlarının ekspertiza mərkəzi beynəlxalq standartlara uyğun olaraq yaradılmışdır. Layihəmiz Azərbaycan Respublikasının Mərkəzi Bankı, müvafiq dövlət müəssisələri, hüquq-mühafizə orqanları əməkdaşları, kommersiya banklarının və pərakəndə sektorların nümayəndələri, eləcə də ictimaiyyətin nümayəndələri arasında qarşılıqlı fəaliyyəti təmin edir.

Bizim şirkət tərəfindən quraşdırılan proqramın aşağıdakı funksiyaları və xüsusiyyətləri vardır:

  • Texniki problem təhlili
  • Prosesin bütün mərhələlərində test-sınaqların keçirilməsi
  • Mövcud saxtakarlıq təhlükəsinin müəyyən edilməsi
  • Saxtalaşdırılma metodlarının qiymətləndirilməsi
  • Saxtalaşdırılma sahəsində milli və beynəlxalq tendensiyaların araşdırılması
  • Hər nominalın saxtakarlığa meylinin səviyyəsinin təyin olunması
  • Dövriyyədən çıxarılmış saxta pul vahidlərinin texniki qiymətləndirilməsi
  • Ehtimal olunan saxtakarlıq mənbəyinin təyin edilməsi
  • Əskinasların yüksək sürətli identifikasiyası və emalının təmin edilməsi
  • Problemlərin aşkarlanması üçün effektiv qorunma yolları və metodların tapılması

Getdikcə daha geniş yayılmış tələblərdən biri Mərkəzi Bank və onun tərəfdaşları üçün laboratoriya sınaqları və çap materiallarının təhlili üçün şəraitin təmin olunmasıdır. Bu prosedur müəyyən edilmiş standartlara dəqiq riayət etmək imkanı əldə etmək məqsədi ilə həyata keçirilir.

İnkişaf etdirdiyimiz sistem, çap prosesi də daxil olmaqla, bütün mərhələlərdə texniki analiz və laboratoriya testlərinin birləşməsini təmin edir. Bütün bunlar standartlara uyğun şərait yaratmağa imkan verir.

Qeyd etmək lazımdır ki, pulların təhlili üçün inkişaf etdiyimiz sistemdə İsveçrənin Projectina AG şirkəti tərəfindən hazırlanan xüsusi avadanlıqlardan istifadə olunur.

Projectina AG tərəfindən istehsal olunan makroskoplarda xüsusi işıqlandırmanın və güclü optik kameranın mövcudluğu aşağıdakı üç amil nəzərə alınmaqla pul vəsaitlərinin düzgün analizini həyata keçirməyə imkan yaradır: 

  • Kağızın keyfiyyəti
  • Əskinas üzərində mikroşriftlərin olması
  • Əskinas üzərində holoqrafik fakturun olması

Yuxarıda qeyd olunanlarla yanaşı, Pul vəsaitlərinin ekspertizası mərkəzi hər bir əskinasın dövriyyədə davamlılığını araşdırır. Ekspertiza başa çatdıqda, sistem aşağıdakı suallara cavab verməlidir:

  • Banknot dövriyyədə nə qədər qala bilər
  • Banknotların dövriyyədən çıxarılmasının səbəbləri
  • Pul vahidinin çirklənməsinin/köhnəlməsinin səviyyəsi
  • Saxtalaşdırılma yolunun müəyyən edilməsi

Həmçinin qeyd etmək vacibdir ki, şübhəli əskinaslar Pul nişanlarının ekspertiza mərkəzinin sisteminə GTSolutions tərəfindən hazırlanmış Pul vəsaitlərinin idarə edilməsi sistemi vasitəsilə daxil edilir.