Oracle E-Business Suite və Business Intelligence sistemləri

Bütün layihələr

GTSolutions şirkəti Oracle-ın “qızıl tərəfdaşı” olaraq, məşhur Oracle həllərinin inkişafı sahəsində xidmət göstərir. Komandamız bu sahədə bir neçə uğurlu layihə başa çatdırıb:

  • Kadrların idarə olunması və əmək haqqının hesablanması üçün “Oracle E-Business Suite”-in tətbiqi
  • “Oracle DataWarehouse”-un inkişaf etdirilməsi və “Business Intelligence” hesabatlarının yaradılması

Oracle E-Business Suite, təşkilatların daha səmərəli qərarlar qəbul etməyə, xərcləri azaltmağa və məhsuldarlığı artırmağa imkan verən qlobal biznes tətbiqlər dəstidir. Müəssisə resurslarının planlaşdırılması, müştərilərlə qarşılıqlı münasibətlərin idarə edilməsi və təchizat zəncirinin planlaşdırılmasını əhatə edən yüzlərlə sahələrarası imkanlar sayəsində Oracle E-Business Suite proqramları, təşkilatın kiçik, orta və ya iri olub-olmamasından asılı olmayaraq, müştərilərə qlobal biznes mühitinin çətinliklərinin öhdəsindən gəlməyə köməklik edir.

Oracle DataWarehouse əsasında GTSolutions komandası Azərbaycan Respublikası Mərkəzi Bankı üçün xüsusi ESAHS sistemi yaratmışdır. Bu layihənin məqsədi bankın hesabatlarının avtomatlaşdırılmasıdır. Elektron statistika bazası və analitik hesabatlılıq sistemi beş moduldan ibarətdir:

  • Statistika sistemi
  • Real sektorun monitorinqi
  • Elektron statistik baza
  • Valyuta alqı-satqı bazası
  • Kredit təşkilatlarının fəaliyyətinə nəzarət

Nəticə: Bu sistemdən istifadə edərək, sürətli qərarlar qəbul etmək üçün analitik hesabat yarada biləcəksiniz.