Şəxsiyyət identifikasiyası üçün GTS KYC sistemi

Bütün layihələr

GTS KYC (Know Your Client) proqramı qeyri-qanuni maliyyə əməliyyatları və beynəlxalq terrorizmlə mübarizənin gücləndirilməsi ilə əlaqədar hazırlanmışdır. Bu platforma sayəsində müxtəlif təşkilatlar öz biznes müştərilərinin fəaliyyətlərini diqqətlə araşdıra bilərlər.

KYC sistemi banklar və digər kommersiya strukturları üçün potensial müştərilərini Refinitiv şirkəti tərəfindən hazırlanmış World Check adlı verilənlər bazasında yoxlamağa imkan yaradır.

Bu proqram aşağıdakı modullardan ibarətdir:

  • Müştərilərin skrininqi portalı
  • Müştərilərin skrininqi üçün veb-xidmət
  • World Check bazası ilə inteqrasiya üçün sistemi
  • Sistem idarəetmə portalı
  • Müştərilərin qrup şəklində yoxlanılması üçün sistem

Nəticə: KYC GTS müştərinin şəxsiyyətini təsdiqləmək üçün şərait yaradır və təhlükəsizlik sisteminin müştəri üçün risk səviyyəsini müəyyən etməyə imkan verir.