Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi

Bütün layihələr

Bu layihə çərçivəsində GTS şirkəti aşağıdakı bölmələrə çıxış təmin edir:

  • Kreditlər
  • Bankomatlar
  • Ödəniş kartları
  • Filial və şöbələr
  • Əmanətlər
  • Təcili pul köçürmələri
  • Ödəniş terminalları
  • Seyf qutuları

Maliyyə xidmətlərinin informasiya-axtarış sistemi maliyyə bazarının iştirakçılarının bilik və bacarıqlarının artırılması məqsədi ilə yaradılıb. Bu platforma bazar iştirakçılarının və istehlakçıların maliyyə-bank sisteminin xidmətləri barədə vahid mənbədən lazımi informasiyanı almasına şərait yaradır. Layihə nəticəsində "Infobank" istifadəçisi veb-saytın təklif etdiyi müxtəlifliklərin geniş siyahısına əsaslanaraq istənilən məhsulun və ya xidmətin müqayisəli təhlilini apara bilər.

"Infobank" internet-platforması bu cür xidmətlərdən istifadənin artmasını stimullaşdırmaqla istehlakçıların bank maliyyə xidmətlərindən yararlanmaq imkanını təmin edir.

Nəticə: Beynəlxalq təcrübə əsasında yaradılmış informasiya-axtarış sistemi müştərilərə maliyyə məhsulları və xidmətləri asanlıqla müqayisə etməyə imkan verən interfeyslə təchiz edilmişdir.