"GTS Bell" mobil tətbiqi

Bütün layihələr

GTS Bell – şirkət işçiləri arasında daxili kommunikasiyanı dəstəkləmək üçün komandamız tərəfindən xüsusi olaraq yaradılmış mobil tətbiqdir. Bu app-dən istifadə edərək, istifadəçilər ani mesajlaşma və bildiriş göndərmə xidmətlərindən yararlana biləcəklər.

Mobil tətbiqin üstünlüklərindən biri də daxilində heç bir reklamın olmamasıdır.

Sistem həmçinin istifadəçiləri ayrı-ayrılıqda idarə edə biləcək, onlara daxil olmaq, məlumatlarını daxil etmək/ silmək üçün admin üçün xüsusi bir panel təmin edir. Əlavə olaraq qeyd etmək vacibdir ki, istifadəçi, yalnız GTS Bell administratoru onun məlumatlarını (elektron ünvanını və mobil nömrəsini) verilənlər bazasına daxil etdikdən sonra, bütün tətbiqin funksiyalarından istifadə edə biləcək. 

Bizim tərəfindən hazırlanmış mobil tətbiq aşağıdakı xüsusiyyətlərə malikdir:

  • Sistemə giriş administratorun hər bir istifadəçi üçün ayrı-ayrılıqda əvvəlcədən sistemə daxil etdiyi telefon nömrəsi və elektron ünvan vasitəsilə həyata keçirilir;
  • Mobil tətbiqdən eyni zamanda 200-dən artıq istifadəçi yararlana bilər;
  • Bildirişlər və mesajlar həm bir istifadəçiyə, həm də bir neçə istifadəçiyə bir anda göndərilə bilər;
  • GTS Bell həmçinin emoji sistemini dəstəkləyir;
  • Tətbiq interfeysi üç dildə mövcuddur: azərbaycan, rus, ingilis.

GTS Bell həm App Store, həm də Play Store platformalarında mövcuddur.