Mərkəzi Bankın Elektron xidmətlər portalı

Bütün layihələr

E-CBAR Azərbaycan Mərkəzi Bankının aşağıdakı funksiyaları və imkanları təqdim edən Elektron xidmət portalıdır:

  • Statistik hesabat sistemi
  • Elektron-rəqəmsal imza alınma sistemi
  • Banknotların monitorinqi və ekspertizası sistemi
  • Elektron müraciətlər sistemi
  • Daşınar əmlakın yüklülüyünün dövlət reyestri
  • Yubiley pul nişanlarının onlayn satış sistemi
  • Mərkəzləşdirilimiş kredit reyestri sistemi

Yaradılmış elektron statistik baza və analitik hesabat sistemi sayəsində müxtəlif mənbələrdən material toplamaq, onu emal edib yaymaq mümkün olmuşdur. Bundan başqa, bu bölmədə sahibkarlıq fəaliyyətinin monitorinqi aparılır. Bu da dövlət və bank müəssisələri tərəfindən sistemdə son dəyişikliklərdən xəbərdar olmağa imkan yaradır. Elektron statistik baza istifadəçilərini təkcə Azərbaycan Respublikasının Maliyyə sistemi haqqında məlumatla təmin etmir, həm də ölkənin iqtisadi vəziyyəti haqqında informasiya verir. Bu funksiya rahat naviqasiya üçün şərait yaradır və məlumat bazası çərçivəsində çoxfunksiyalı prosedurların yaradılmasına imkan verir.

"Bankın sertifikat xidmətləri mərkəzi" (BSXM) bölməsi bank sahəsində vahid elektron imza infrastrukturunun tətbiqi, "Müştəri-Bank" xidmətindən istifadə zamanı kredit təşkilatlarının müştəriləri olan hüquqi və fiziki şəxslər üçün risklərin minimallaşdırılması məqsədi daşıyır. Həmçinin, bu sahə mübahisəli məsələlərin həllini qanuni yolla tapmaqda məsuliyyət daşıyır. Mərkəzi Bankın korporativ sistemlərindən istifadə etmək üçün BSXM tərəfindən verilən elektron imza sertifikatlarından istifadə etmək olar. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən kredit təşkilatlarının müştəriləri olan fiziki və hüquqi şəxslər BSXM-in xidmətlərindən istifadə edə bilərlər.

"Saxta pul nişanlarının monitorinqi" sistemi nağd vəsaitlərin saxtalaşdırılmasına dair çoxlu sayda informasiya təqdim edir. Həmin bölmədə maliyyə ekspertizasının hesabat nəticələri toplanıb. Bu funksiya vasitəsilə istənilən şəxs şübhəli əskinasların yoxlanılması üçün müraciət edə bilər və zəruri hallarda pul nişanlarının Azərbaycan Mərkəzi Bankında dəyişdirilməsinə icazə ala bilər.

"Elektron müraciətlər" sistemi hər bir insana Azərbaycan Mərkəzi Bankının fəaliyyəti ilə bağlı təklif, ərizə və şikayətlərini göndərməyə imkan verir. "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinin 10-cu bəndinə əsasən vətəndaşların müraciətlərinə 15 iş günündən, əlavə araşdırma və yoxlama tələb edən müraciətlərə isə 30 iş günündən artıq olmayaraq baxılır. İnformasiya sisteminə müraciət edən şəxs iş otağında ərizənin emal vəziyyətini izləyə və elektron imza ilə təsdiqlənmiş əks cavab ala bilər. Mərkəzi Banka ünvanlanmış elektron müraciətə baxılması barədə bildirişlər avtomatik olaraq ərizəçi tərəfindən qeyd olunan elektron ünvana göndərilir.

"Daşınar əmlakın yüklülüyünün dövlət reyestri" kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə vəsaitlərinə əlçatanlığını təmin edilməsi və onların daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarını artırmaq məqsədilə yaradılmışdır. Reyestrdən istifadənin üstünlüklərindən biri, onun maliyyə qurumlarını KOS subyektlərinin daşınar aktivləri barədə mərkəzləşdirilmiş məlumatlarla təmin etməsidir. Bunun sayəsində banklar qeyd olunan əmlakın girovlarla yüklü olub-olmamasını izləyə bilərlər.

"Yubiley pul nişanlarının onlayn satış sistemi" ilə istifadəçilər mövcud yubiley pul nişanlarının və sikkələrin siyahısını görə bilər və onları real vaxt rejimində əldə edə bilərlər.

"Mərkəzləşdirilmiş kredit reyestri sistemi"nin əsas məqsədi məbləğindən və müddətindən asılı olmayaraq hüquqi və fiziki şəxslərin bütün borclarının reyestrinin yaradılmasıdır. Sistemə həm banklar, həm də bank olmayan kredit təşkilatları tərəfindən verilən kreditlər daxildir.

Nəticə: İş başa çatdıqdan sonra aşağıdakı bölmələrdən ibarət vahid informasiya portalı yaradılmışdır: "Elektron statistik məlumat bazası və analitik hesabat sistemi", "Bankın sertifikat xidmətləri mərkəzi", "Saxta pul nişanlarının monitorinqi", "Elektron müraciətlər", "Mərkəzləşdirilimiş kredit reyestri sistemi", "Daşınar əmlakın yüklülüyünün dövlət reyestri" və sairə.