"Rəqəmsal İpək Yolu" layihəsi üçün veb-sayt

Bütün layihələr

"Rəqəmsal İpək Yolu" – AzerTelecom telekommunikasiya operatoru tərəfindən həyata keçirilən və Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafının sürətləndirilməsinə yönəlmiş irimiqyaslı layihədir. Bundan başqa, layihənin məqsədlərinə Asiya və Avropa arasında rəqəmsal dəhlizin yaradılması, eləcə də sualtı və yerüstü fiber-optik magistral kabel xətlərinin çəkilməsi daxildir.

GTSolutions komandası Leo Burnett Azerbaijan şirkətinin aparıcı mütəxəssisləri ilə birlikdə "Rəqəmsal İpək Yolu" layihəsi üçün müasir və rahat veb-sayt yaradıblar. İndi ziyarətçilər vahid rəqəmsal platformada layihə haqqında bütün lazımi məlumatları əldə edə biləcəklər.

Saytda aşağıdakı bölmələr təqdim edilmişdir:

  • Haqqımızda
  • Rəqəmsal İpək Yolu layihəsi
  • Layihəyə investisiya yatırmaq imkanı
  • Tərəfdaşlarımız
  • Son xəbərlər
  • Bizimlə əlaqə

Komandamız, həmçinin bu saytın idarə olunması üçün xüsusi panel hazırlamışdır. Veb-səhifənin administrasiya olunması üçün bu səmərəli və funksional tətbiq administratora bir neçə klik ilə saytdakı məlumatları asanlıqla idarə etməyə imkan verir.