Bank xidmətləri üçün marketpleys

Bütün layihələr

Bank Market – bank məhsullarının tam siyahısını və onlara dair məlumatları təqdim edən xüsusi bir platformadır.

Bu portalın köməkliyi ilə istifadəçilər onlayn rejimdə kredit ala, bank hesabı aça, kredit və ya debet plastik kartlarını əldə edə biləcəklər. Bunun üçün Bank Market marketpleysinə daxil olub, istədiyiniz xidməti və ya məhsulu seçmək və sifarişinizi BankID portalı vasitəsilə təsdiq etmək yetərlidir.

Nəticə: GTSolutions komandası və IBM şirkəti tərəfindən birlikdə hazırlanmış bu platforma sayəsində vətəndaşlar və hüquqi şəxslər üçün bank məhsullarını onlayn sifariş etmək daha asan oldu.