Kovorkinq mərkəzlərinin idarəetmə sistemi

Bütün layihələr

Kovorkinq mərkəzləri müxtəlif tədbirlərin (seminarlar, master-klasslar, fərdi görüşlər və sair) keçirilməsi üçün rahat şərait yaradır.

Bu növ təşkilatlar adətən aşağıdakı xidmətlər paketini təklif edir:

  • İş yerinin icarəsi
  • Yüksəksürətli internet
  • Görüşlərin keçirilməsi üçün ümumi məkan və sairə

GTS şirkəti tərəfindən hazırlanmış kovorkinq mərkəzlərinin avtomatlaşdırılması sistemi aşağıdakı xüsusiyyətlərə və imkanlara malikdir:

  • Menecerlər və işçilər üçün portal
  • Müştərilər üçün portal
  • Giriş-çıxış cihazları ilə inteqrasiya sistemi
  • Mobil proqram fəaliyyəti üçün veb-xidmət
  • IOS və Android üçün mobil proqram
  • Onlayn ödənişlər üçün sistem

Menecerlər üçün portal sayəsində işçilər müxtəlif əməliyyatlar həyata keçirirlər, məsələn, müştəri siyahılarının idarə edilməsi, hesablar, ödənişlər, otaqların rezervasiyası sistemi və s.

Nəticə: Kovorkinq mərkəzinin idarəetmə sisteminin avtomatlaşdırılmasının aparılması hesabına təşkilatın gəlirini hesablamaq və personalın işinə nəzarət etmək daha asan olur.