GTSolutions şirkətinin əməkdaşları şəhid ailələrinə baş çəkdilər

Bütün xəbərlər

GTSolutions şirkəti Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarını vermiş Vətən müdafiəçilərinin xatirəsini dərin ehtiramla yad edir. Şirkət rəhbərliyi 44 günlük Vətən müharibəsi zamanı həyatını itirən əsgər ailələrinə dəstək olmaq üçün mütəmadi olaraq görüşlər təşkil etməyə çalışır.

Bu ay GTSolutions şirkətinin əməkdaşları Bakı, Gəncə, Qusar, Qazax, Şirvan və Kürdəmirdə yaşayan şəhid ailələrinə baş çəkiblər.

Görüşlər zamanı şirkətin nümayəndələri Vətən uyğrunda həlak olmuş qəhrəmanların ailə üzvləri ilə söhbət etmiş, onların yaşayış şəraiti ilə tanış olmuşlar. Bundan başqa, görüşlər zamanı şəhid övladlarına, onların təhsil proseslərini asanlaşdıracaq, Lenovo noutbukları təqdim olunub.

Son iki həftə ərzində şirkətin əməkdaşları sosial dəstəyə ehtiyacı olan doqquz şəhid ailəsinə baş çəkiblər. Yaxın vaxtlarda GTSolutions rəhbərliyi daha bir neçə şəhid ailələrinə baş çəkməyə planlaşdırır.