GTSolutions əməkdaşları üçün Yeni il korporativ şənliyi

Bütün xəbərlər

Artıq iki ildən artıq idi ki, biz köhnə ili keçirmək və yenisini qarşılamaq üçün böyük və mehriban komandamızla birgə toplana bilmirdik.  Bunun səbəbi isə, bütün dünyanı zəbt etmiş koronavirus pandemiyası idi. Nəhayət ki, karantin rejimindən iki il sonra biz sevimli bayramımızı birlikdə qeyd edə bildik. 

Yeni ilin şərəfinə GTSolutions rəhbərliyi "SeaBay" restoranında bayram ziyafəti təşkil etdi.  Korporativdə şirkətin 50-dən çox əməkdaşı iştirak etdi. Gün boyunca komandamız üçün müxtəlif oyunlar və müsabiqələr təşkil edilmiş, qaliblər xüsusi hazırlanmış mükafatlar almışlar. Tədbir hamının ürəkdən əyləndiyi diskoteka ilə başa çatdı.