GTSolutions komandası şəhid ailələrinə baş çəkməyə davam edir

Bütün xəbərlər

GTSolutions şirkəti Vətən yolunda canlarını qurban vermiş qəhrəmanların əziz xatirəsini daim dərin ehtiramla yad edir və şəhid ailələrinə yardım üçün mütəmadi olaraq xeyriyyə aksiyaları keçirməyə çalışır.

Şirkətimizin əməkdaşları bu həftə Gəncə şəhərində yaşayan beş şəhid ailəsinə baş çəkiblər. Görüş zamanı komandamız İkinci Qarabağ müharibəsi zamanı həlak olmuş qəhrəmanların ailə üzvləri ilə söhbət etmiş, şəhid övladlarına Lenovo şirkətinin istehsalı olan noutbuklar təqdim etmişdir.