GTSolutions Lenovo şirkətinin "Platin tərəfdaşı" adına layiq görüldü

Bütün xəbərlər

16 dekabr 2021-ci il tarixində biz Hyatt Regency otelində Lenovo şirkəti tərəfindən təşkil edilmiş şam yeməyini ziyarət etdik. Tədbirdə Nutanix, Lenovo şirkətlərinin nümayəndələri və Lenovo şirkətinin bir çox digər tərəfdaşları da iştirak ediblər.

Gecənin gedişində həm Lenovo şirkətinin özü, həm də digər texnoloji şirkətlərin hazırladığı ən yeni inkişaflar, həyata keçirilən layihələr və onların nəticələri müzakirə olunub.

Həmin axşam GTSolutions şirkəti "Lenovo Infrastructure Solutions Partner Platinum" adlı ən yüksək tərəfdaşlıq statusuna layiq görülüb. Bu mükafat GTSolutions şirkətinə təqdim etdiyi xidmətlərin yüksək keyfiyyət standartlarına və yüksək ekspertlik səviyyəsinə uyğun olduğuna görə verilmişdir.