GTSolutions mütəxəssisləri Cisco Live 2022-də iştirak ediblər

Bütün xəbərlər

GTSolutions mütəxəssisləri iyunun 12-16-ı tarixlərində Las-Veqasda keçirilən Cisco Live 2022 konfransında iştirak ediblər.

Cisco Live ildən-ilə dünyanın hər yerindən İT sahəsində müxtəlif novatorların və iri şirkət rəhbərlərinin iştirak etdiyi məşhur konfransdır. Bu tədbir Cisco-nun bütün müştəriləri və tərəfdaşları öz əlaqələrini genişləndirmək məqsədilə görüşə biləcək əsas yerlərdən biridir.

Konfrans əsasən biznes layihələrinin əsasını qoymaq, iştirakçılara yeni biliklər vermək, həmçinin onları ən son texnologiyalarla tanış etmək məqsədi ilə həyata keçirilir.