Omar atçılıq klubunda əməkdaşlar üçün korporativ tədbiri

Bütün xəbərlər

Korporativ bütün kollektivi birləşdirə biləcək ən yaxşı yollardan biridir. Bu məqsədlə GTSolutions rəhbərliyi öz işçiləri üçün hər il səyyar korporativ tədbirlər təşkil edir.

Bu dəfə bütün günü rahat şəraitdə birlikdə keçirmək üçün şirkət Omar atçılıq klubunu seçdi. Tədbirdə GTSolutions şirkətinin 70-dən çox əməkdaşı iştirak etmişdir. 

Günün birinci yarısında komanda gölün ətrafında vaxt keçirdi: arzu edənlər katamaran və motorlu qayıqlarda gəzə bildilər. Göl gəzintisindən sonra işçilər üçün klubun ərazisində fotosessiya təşkil olunmuşdur. Bütün bunlardan əlavə, işçilər at tövlələri ətrafında gəzib, atlarla yaxından tanış oldular. 

Günün sonunda, müxtəlif oyunlardan sonra, şirkət əməkdaşları üçün klubun restoranında şam yeməyi təşkil edildi. Gün ərzində işçilər həm bir-biri ilə, həm də rəhbərlik ilə daha yaxından tanış ola bildilər.