Caspian Energy Club üzvləri ilə səhər yeməyi

Bütün xəbərlər

GTSoutions şirkətinin nümayəndələri 27 may 2022-ci il tarixində Caspian Energy Club tərəfindən Günaydın restoranında təşkil olunan “CEO Breakfast” formatında görüşdə qonaq qismində iştirak etdilər. Tədbir iştirakçıları arasında Kibrit, Itech Group və sairə kimi müxtəlif yerli şirkətlərin rəhbərləri və menecerləri də olublar.

“Caspian Energy Club”-un təşkil etdiyi bu cür görüşlərin mehriban mühitdə və qeyri-formal xarakterli olması təşkilat iştirakçıları arasında işgüzar əlaqələrin inkişafına və möhkəmlənməsinə kömək edir.