Xidmətlərimiz
İnformasiya texnologiyaları sahəsində sertifikatlaşdırılmış mütəxəssislərimiz sayəsində GTSolutions İT-xidmətlərinin geniş spektrini təqdim edir:
Biz işimizdə yüksək keyfiyyəti qoruyaraq, kiçik müddət ərzində innovativ layihələr həyata keçiririk.
Sifarişçilərimiz və tərəfdaşlarımız qarşısında öhdəliklərimizi hər zaman tam həcmdə və düzgün şəkildə yerinə yetiririk.
Biz işimizdə daha yaxşı nəticələr əldə etmək üçün daim inkişaf edirik və təkmilləşirik.
İnformasiya texnologiyaları sahəsində sertifikatlaşdırılmış mütəxəssislərimiz sayəsində GTSolutions İT-xidmətlərinin geniş spektrini təqdim edir:
GTSolutions şirkəti 2007-ci ildə Azərbaycan Respublikasının İnformasiya və texnologiya bazarında layihələrini reallaşdırmağa başlayıb. GTSolutions şirkət kimi formalaşdıqdan sonra tezliklə informasiya sistemlərinin işlənib hazırlanması, tətbiqi və dəstəklənməsi üçün Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin lisenziyasını əldə edir. Biz vendorların tələbatlarına uyğun olan fərdi proqram təminatının hazırlanması ilə başladıq. Sonra İT-konsaltinq və layihələrin idarə edilməsi üzrə xidmətlərin göstərilməsinə yönəlmiş sistemlərin tətbiqi ilə məşğul olduq. GTSolutions müştərilərlə əməkdaşlığı onların tələblərində və biznes məqsədlərində prioritetləri dəqiq müəyyən etmək bacarığına əsaslanaraq qurur. Eyni zamanda bizim şirkət sifarişçi müəssisənin işçi heyəti ilə qarşılıqlı əlaqə qurmaq bacarığı ilə fərqlənir. GTSolutions-un müxtəlif profilli mütəxəssislər komandası İT və proqramlaşdırma üzrə cürbəcür sahələrdə peşəkar bacarıqlara malikdir. Məhz bunun hesabına biz iş prosesinin dayanıqlığını və səmərəliliyini təmin edirik.
GTSolutions müştərilərin ehtiyaclarını və istəklərini qarşılamağa çalışır. Buna görə də, şirkətimiz səylərini sifariş olunan xidmətlərin sadəcə tədarükçüsü olmağına deyil, həmçinin müştərinin işində rahatlığı təmin edən tərəfdaş olmağına yönəldir. Sertifikatlaşdırılmış mütəxəssislərdən ibarət komandamızın köməkliyi ilə biz müştərilərimizin biznes məqsədlərini dərk etmək üçün əlimizdən gələni edirik və onların rəqabət qabiliyyətliliyin yüksəlməsi üçün müxtəlif yollar axtarırıq. GTSolutions analitik həllərin tətbiqi, davamlı təkmilləşmə və inkişaf prinsiplərinə əsaslanaraq fəaliyyət göstərir. Müştərilərlə iş sahəsində geniş təcrübə və yüksək məsuliyyət səviyyəsinə malik sertifikatlaşdırılmış heyət — GTSolutions-un peşəkar bazarda uğur və nailiyyətlərinin əsas tərkib hissələridir.
Agile metodologiyası inkişaf dövrü ərzində layihə istiqamətinin düzgün qiymətləndirilməsi üçün şərait yaradır. Bu metodologiya tətbiq edildikdə, iş prosesinin hər bir aspekti bütün iş dövrü ərzində daim yenidən nəzərdən keçirilir.
Proqram təminatının hazırlanması zamanı GTSolutions şirkəti Agility tətbiqinin ən effektiv üsullarından biri olan Scrum sisteminə əsaslanır. Bu cür yanaşmanın mahiyyəti ondan ibarətdir ki, hər hansı bir məsələnin həlli və yaxud layihənin icrası üzərində yalnız komandanın əsas heyəti deyil, həm də qarşıya qoyulmuş məqsədə nail olmaqda maraqı olan digər komanda üzvləri də çalışa bilər.
GTSolutions müxtəlif sahələrdə layihələri uğurla başa çatdırmışdır.
GTSolutions şirkətinin fəaliyyəti haqqında yeniliklər ilə bu bölmədə tanış ola bilərsiniz.
Həyata keçirilən və uğurla nəticələnən layihə
İldən artıq proqram təminatı və İT sahəsində təcrübə
İT və proqram təminatı üzrə mütəxəssis